ABŞ ilk dəfə iki nüvə gücü ilə üzləşəcək - Dalton

30 İyul 2024 07:13

Birləşmiş Ştatlar nüvə arsenalının əsaslı modernləşdirilməsini həyata keçirməsə, 2030-cu illərdə Rusiya və Çini effektiv şəkildə çəkindirmə gücünə sahib ola bilməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Vaşinqton Brukinqs İnstitutunda keçirilən seminarda ABŞ Hərbi Hava Qüvvələri katibinin müavini Melissa Dalton deyib.

O bildirib ki, ABŞ 2030-cu illərə doğru tarixdə ilk dəfə olaraq iki nüvə arsenalına sahib rəqiblə üz-üzə qalacaq:

"Əlimizdə olan silahlarla təhlükəsiz və effektiv nüvə gücünün qarşısının alınmasını təmin edə biləcəyikmi? Cavab: xeyr!"

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun