“Dünyanın ən xoşbəxt bacısıyam” - FOTO

30 İyul 2024 00:25

"Dünyanın ən xoşbəxt bacısı bu gün mənəm".

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo.az-a Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçu Hidayət Heydərovun bacısı Xədicə Ağayeva deyib.

"Çox sevincliyik. 16 ildən sonra bu idman növündə Hidayətin sayəsində Azərbaycan çempion oldu. Sevincimizin həddi-hüdudu yoxdur. Yarışın Fransada keçirilməsi və Hidayətin məhz fransıza qalib gəlib bayrağımızı ucaltması ikiqat sevincdir. Mən də bacısı olaraq Hidayətə təşəkkür edirəm. Onunla fəxr edirik", - o qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun