BMT baş katibi Qarabağa səfər edəcəkmi? - Açıqlama

29 İyul 2024 23:09

Noyabra qədər BMT Baş katibi Antonio Quterreşin Azərbaycana səfəri nəzərdə tutulmayıb.

Milli.Az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Report-a açıqlamasında deyib.

Baş katibin Bakıya səfəri çərçivəsində Azərbaycanın Qarabağ bölgəsini ziyarət edəcəyinə dair hansısa planın olması barəsində suala cavab verən sözçü noyabr ayında bu məsələ barədə məlumat verilə biləcəyini deyib:

"Hələ iyul ayıdır, mən səyahət haqqında danışmayacağam. Ola bilər ki, bu, noyabra qədər baş verməyəcək".

Qeyd edək ki, Quterreş COP29 konfransında iştirak etmək üçün Bakıya gələcəyini təsdiqləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun