Fitso: Ukraynaya dizel yanacağının göndərilməsi dayandırıla bilər

29 İyul 2024 20:37

Ukrayna ərazisindən Rusiya neftinin nəqli bərpa olunmasa bu ölkəyə dizel yanacağının göndərilməsi dayandırılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib.

O deyib ki, ölkənin neft şirkəti olan "Slovnaft"a bununla bağlı müvafiq tapşırıq verilib.

R. Fitso həmçinin Avropa İttifaqının mövcud vəziyyətdən çıxması üçün Rusiya ilə münasibətlərə yenidən baxmalı olduğunu bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun