Sumqayıtda mənzildən kişi meyiti tapılıb

29 İyul 2024 20:17

Sumqayıtda mənzildən 37 yaşlı kişinin meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

1987-ci il təvəllüdlü Səbuhi Salam oğlu Şirinovun meyiti yaşadığı evdə aşkarlanıb.

Fakt araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun