Sabah dənizə getmək istəyənlərin nəzərinə

29 İyul 2024 16:15

İyulun 30-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Abşeron çimərliklərində cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacaq.

Bildirilib ki, sabah havanın temperaturu gecə 18-23° isti, gündüz 28-32° isti olacaq. Nisbi rütubət gecə 40-50 %, gündüz 65-75 % təşkil edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun