Türkiyə ordusu 7 terrorçu öldürdü

29 İyul 2024 15:34

Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalında PKK terror qruplaşmasının üç, Suriyanın şimalında isə PKK/YPG terror qruplaşmasının dörd üzvü öldürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun