Fondun builki büdcəsinin gəlir və xərcləri artırıldı

29 İyul 2024 14:02

İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlir və xərcləri artırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Prezident İlham Əliyev bununla bağlı "İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 811 428 292,00 manatdan 2 850 308 292,00 manata qaldırılıb.

Milli.Az