Türkiyə və Ermənistanın xüsusi nümayəndələri sabah görüşəcək

29 İyul 2024 14:10

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - Serdar Kılıç və Ruben Rubinyanın görüşəcəyini təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in sözçüsü "X" hesabında bildirib.
"İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Xüsusi Nümayəndələrin beşinci görüşü baş tutacaq", paylaşımda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun