Qonaq qaldığı evdən oğurluq etdi

29 İyul 2024 13:30

Cəlilabad rayonunda qonaq qaldığı evdən 3 min 500 manat dəyərində zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki evlərdən birindən 3 min 500 manat dəyərində zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər məhkum olunmuş Şakir Vəliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun