Odessada Ukrayna ordusuna məxsus hərbi təyinatlı avtomobilləri yandıran 6 nəfərlik cinayətkar dəstə zərərsizləşdirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı adı çəkilən ölkənin Təhlükəsizlik Xidməti yayıb.
Bildirilib ki, iki həftə ərazində onların analoji əməli 15-dən çox avtomobilə qarşı törətdiyi ortaya çıxıb. Onlar törətdikləri əməli videokamera vasitəsilə qeydə alaraq, Rusiya tərəfinə təqdim etməkdə də təqsirləndirilir.
Ukraynanın cinayət qanunvericiliyinə əsasən, onları 8 ilədək həbs cəzası gözləyir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun