44 günlük Vətən müharibəsindən sonra Türkiyənin rəsmi şəxsləri qardaş ölkənin torpaqlarımızın işğaldan azad olunması və suverenliyinin bərpasında rolu, hətta hərbi əməliyyatlarda iştirakı barədə iddialar səsləndiriblər, son zamanlar isə bu fikirlər daha yüksək səviyyədə ifadə olunur.
Məsələyə münasibət bildirilməsi üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdik.
Milli.Az 1news.az-a istinadən bildirir ki, Nazirliyin yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı gedən döyüşlərdə hər hansı ölkənin hərbçilərinin iştirakı barədə iddiaların heç bir əsası yoxdur:
"44 günlük Vətən Müharibəsi zamanı Türkiyə və Pakistan Azərbaycana siyasi dəstək göstəriblər. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında siyasi dəstəyə görə Türkiyə bə Pakistan rəhbərliyinə öz təşəkkürünü bildirib.
Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı 3 minə yaxın, bir günlük antiterror əməliyyatlarında isə 204 şəhid verib, çoxlu sayda müharibə veteranımız, qazimiz var.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda gedən döyüşlərdə heç bir dövlətin silahlı qüvvələrinin şəxsi heyəti iştirak etməyib".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun