Hepatit B virusu aşkarlandığına görə cari ilin yanvar ayında "Kəpəz"dən göndərilən nigeriyalı hücumçu Abdullahi Şuaybu yenidən Azərbaycana qayıdıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Birinci liqada mübarizə aparacaq "Qəbələ" ilə danışıqlar üçün ölkəmizə gəlib.
Hazırda bölgə klubunun düşərgəsində olan futbolçu üçün analizlər verilib. Forvardla bağlı qərar tibbi müayinələrdən keçdikdən sonra veriləcək.
Qeyd edək ki, Abdullahi Şuaybu "Kəpəz"dən göndərildikdən sonra heç bir klubda çıxış etməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun