Üçüncü dəfə prezident seçildi

29 İyul 2024 09:16

Venesuelanın hazırkı dövlət başçısı Nikolas Maduro respublikada keçirilən prezident seçkilərində qalib gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi üçüncü altıillik müddətə seçilib.

Belə ki, bülletenlərin 80%-nin hesablamasından sonra Maduro seçicilərin 51,2% səsini qazanıb. Onun əsas rəqibi Edmundo Qonsales isə 44,2% səs toplayıb.

Qeyd edək ki, N. Maduro 2013-cü ildən respublikaya rəhbərlik edir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun