İsrail Livana hücum etdi: Ölən və yaralananlar var - YENİLƏNİB

29 İyul 2024 13:17

İsrail qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Livanın cənubundakı Şaqra şəhəri yaxınlığına zərbə endirib, nəticədə ölənlər və yaralananlar var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Livan Xilasetmə Xidməti məlumat yayıb.

Zərbələr nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb.

Qeyd edək ki, bu, şənbə günü "Hizbullah"ın Colan təpələrinə 12 nəfərin ölümü ilə nəticələnən raket hücumundan sonra İsrailin Livana endirdiyi ilk ölümcül zərbədir.

-------

09:12

İsrail mediasının məlumatına görə, İsrail ordusu Livanın cənubundakı "Hizbullah" mövqelərinə zərbələr endirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, İsrailin rəsmi televiziyası KAN-ın məlumatına əsasən, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı sərhədə yaxın "Hizbullah"ın nəzarətində olan məntəqələrə hücumlar təşkil edir.

Xəbərdə hava hücumu ilə bağlı ətraflı məlumat verilməyib. İsrail ordusu hələlik bu mövzu ilə bağlı açıqlama verməyib.

Livan tərəfi də hücumlarla bağlı hər hansı bir açıqlama verməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun