Colan təpələrinə son hücumdan sonra Livanda döyüşlərin intensivliyi qısa müddətə arta bilər, bununla belə, genişmiqyaslı müharibəyə transformasiya olmayacaq.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Ynet" nəşri İsrailin yüksəkrütbəli rəsmilərinə istinadən məlumat yayıb.
"Bir neçə gün döyüş ola bilər. Söhbət indiyədək gördüyümüzdən fərqli olsa belə, məhdud zaman müddətindən gedir", - nəşr rəsmilərdən birinin sözlərindən sitat gətirib.
Qeyd edək ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələrinin raket atəşinə tutulması nəticəsində 12 nəfər ölüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun