Əlcəzairin şimalında keçirilmiş əməliyyatda 3 terrorçu zərərsizləşdirilib

28 İyul 2024 23:20

Əlcəzairin hökumət Milli Xalq Ordusunun (MXO) hərbçiləri Taçeta-Zuqağa rayonunda (Əyn-Dəfla vilayəti) əməliyyat zamanı üç terrorçunu məhv ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, əməliyyat zamanı MXO hərbçiləri yaraqlıların silah-sursatını - iki Kalaşnikov avtomatı, onlara aid beş daraq və digər döyüş sursatını müsadirə ediblər. Ordu ölkənin bütün ərazisində qalan terrorçuları tam məhv edilənə qədər təqib etmək əzmində olduğunu vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun