Dron qalmaqalı: FİFA bu ölkəyə ağır cəza verdi

29 İyul 2024 00:07

FİFA 2024-cü il Paris Olimpiadasında qadın futbol turnirində Kanada yığmasını altı xaldan məhrum edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, pilotsuz təyyarə qalmaqalına görə üç məşqçinin hər biri bir il müddətinə futboldan uzaqlaşdırılıb.

Bu barədə CBC.ca məlumat yayıb.

Mənbənin məlumatına görə, Kanada millisinin baş məşqçisi Bev Priestman bir il müddətinə bütün futbol fəaliyyətlərindən kənarlaşdırılıb. Köməkçi məşqçilər Jasmine Mander və Cozef Lombardi də bir illik diskvalifikasiya olunublar. Kanada Futbol Federasiyasının təxminən 210 min avro cərimə olunduğu da bildirilir.

Daha əvvəl bildirilmişdi ki, Yeni Zelandiya millisinin çərşənbə axşamı, iyulun 23-də baş tutan məşqi Kanada komandasının əməkdaşı tərəfindən buraxılan dron səbəbindən yarımçıq qalıb. Daha sonra Kanada MOK bu insidentlə bağlı Yeni Zelandiya MOK-dan, eləcə də ölkənin futbol federasiyasından üzr istəyib. İyulun 25-də Olimpiya turnirinin qrup mərhələsinin 1-ci turunun oyununda Yeni Zelandiya və Kanada yığmaları oynayıb, kanadalı futbolçular qalib gəliblər (2:1).

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun