Bu yolda sürət həddi endirildi

28 İyul 2024 23:39

Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Milli.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

"Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub", - məlumatda diqqətə çatdırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun