Livandan sərhəddəki gərginliklə bağlı bəyanat

28 İyul 2024 22:06

Livan hökuməti BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq cənub sərhədində gərginliyin dayandırılması və atəşkəsin bərpası üçün səylər göstərir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nəcib Mikatinin mətbuat xidmətinin bəyanatında deyilir.

"Parisdə olan Baş nazir Mikati Livanın cənubunda yeni zorakılıq silsiləsindən qaçmaq üçün diplomatik təmaslar aparır", - deyə bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun