Bu ölkədə təyyarə qəzaya uğradı: ölənlər var

28 İyul 2024 21:36

İngiltərənin Şimali Yorkşir qraflığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hadisə səhər saatlarında Torqanbi kəndi yaxınlığında baş verib. Təyyarə açıq əraziyə çırpılıb.

Qəza nəticəsində iki nəfər ölüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun