Daha bir ölkə BRİKS-ə qoşulmaq istəyir

28 İyul 2024 21:07

Malayziya BRİKS-ə qoşulmaq üçün Rusiyaya müraciət edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Ənvər İbrahim məlumat verib.

"Malayziya BRİKS-ə sədrlik edən Rusiyaya təşkilata üzv olmaq üçün müraciət göndərib, üzv ölkə və ya strateji tərəfdaş kimi iştirak etməyə hazır olduğunu bildirib", - deyə bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun