Qazaxda piyadanı avtomobil vuraraq öldürüb

28 İyul 2024 20:52

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, rayonun Alpout kəndində 1959-cu il təvəllüdlü Asif Şamoy oğlu Həsənovu avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun