Ağstafa çayı yenə daşdı, ermənilər köçürüldü

28 İyul 2024 15:45

Ağstafa çayının daşması nəticəsində Ermənistanın Tavuş vilayətində 55 nəfər dağda çətin vəziyyətdə qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, bazar günü saat 12:37-də Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin xilasedicilərinə çayın daşması nəticəsində insanların Haştərək kəndi yaxınlığındakı düşərgədə qalması barədə siqnal daxil olub.

"Hadisə yerinə xilasedicilər və əməliyyat qrupu göndərilib. Xilasedicilər 46-sı azyaşlı olmaqla 55 nəfəri təxliyə ediblər", - məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun