Almaniya komandası Paris Olimpiadasında yeməkdən şikayətləndi

28 İyul 2024 14:57

Almaniya otüstü xokkey komandası 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında verilən qidaların keyfiyyətindən və kəmiyyətindən narazıdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DPA xəbər agentliyi yazır.

"Yemək, yumşaq desək, fəlakətdir. İnanılmaz dərəcədə uzun müddət növbə gözləyirsiniz, inanılmaz dərəcədə az sayda yemək məntəqəsi var. Yeməklərin keyfiyyəti isə o qədər də yaxşı deyil", - deyə almaniyalı oyunçu Kristofer Ruhr bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun