İranlı müşavir İrəvandakı bu məscidi "mənimsədi" - VİDEO

28 İyul 2024 10:43

İranın Ermənistandakı mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhid İrəvandakı Göy məscidin İrana məxsus olduğunu iddia edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı müşavirin bəyanatını SNN TV yayıb.

O, məscidin İran tarixi və mədəniyyətinin bir parçası olduğu haqda danışıb.

Qeyd edək ki, İrəvandakı Göy məscid İrəvan xanı Hüseynəli xanın əmri ilə 1766-cı ildə tikilmişdir və Azərbaycan memarlıq nümunəsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun