"AB Ukrayna savaşını artıq uduzub"

28 İyul 2024 08:16

Ukrayna Avropa Birliyinə və NATO-ya üzv olmayacaq, çünki Avropanın bunun üçün kifayət qədər pulu yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"AB Ukrayna münaqişəsində artıq uduzub və ABŞ-ın bu münaqişədəki rolu zəifləsə, o, nə hərbi əməliyyatların davam etdirilməsini, nə Ukraynanın bərpasını, nə də indiki fəaliyyətini maliyyələşdirə biləcək", - Orban bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun