Gəmi üzən ada kimidir - FOTO
21 İyun 2012 20:54
Milli.Az "The Sun"a istinadən bildirir ki, "The Osros floating Island" adlanan gəmi 12 sərnişin üçün nəzərdə tutulub. Gəmidə hər birində ikinəfərlik yataq olan 6 yataq otağı var.
Heyət isə 4 nəfərdir.
Üzən kiçik adanı xatırladan "Orsos" 4,5 milyon dollara satılır.
"Orsos" külək və Günəş enerjisi ilə çalışır, üstəlik içməli suya olan tələbat dəniz suyunun rekuperasiya əməliyyatı hesabına ödənir. Gəmidəki Günəş batareyalarının ümumi sahəsi 120 m2-dir.
1000 m2-lik göyərtəsi olan gəmidə 6 yataq otağı ilə yanaşı, cakuzi, 15 nəfərlik bar, barbekyu meydançası, solyari də var.
Avstriyadakı "Orsos" şirkəti bu yaxınlarda Almaniya və Macarıstanda istehsala başlamağa hazırlaşır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Rex Features