Rusiyaya məxsus "Su-34" təyyarəsi qəzaya uğrayıb

27 İyul 2024 22:38

Rusiya Aerokosmik Qüvvələrinə məxsus "Su-34" təyyarəsi Volqoqrad vilayətində planlı təlim uçuşunu yerinə yetirərkən qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ekipaj katapult edib, pilotların həyatı üçün təhlükə yoxdur.

Qırıcı boş əraziyə düşüb. İlkin səbəb texniki nasazlıqdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun