Pentaqondan Çinin "Sinovac" peyvəndi ilə bağlı ETİRAF

27 İyul 2024 18:16

ABŞ Müdafiə Nazirliyi Filippində Çinin koronavirus əleyhinə "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" hələlik ictimaiyyətə açıqlanmayan hökumət sənədinə istinadən məlumat yayıb.

Pentaqonun, eləcə də Filippinin Xarici İşlər və Müdafiə Nazirliklərinin məlumatlarına əsaslanan sənəddə deyilir:

"Doğrudur, ABŞ Müdafiə Departamenti Filippin xalqına "Sinovac"ın təhlükəsizliyini və effektivliyini şübhə altına alan mesajlar yayıb".

Mətndə, həmçinin Pentaqonun COVID-19 haqqında məlumat yaymaqda bəzi səhvlərə yol verdiyini etiraf etdiyi qeyd olunub. Sənədə əsasən, ABŞ tərəfi sonradan belə nəticəyə gəlib ki, peyvəndlərin diskreditasiyası kampaniyası ABŞ-nin prioritetlərinə uyğun gəlmir.

Qeyd olunur ki, ABŞ hərbiçiləri Filippin tərəfini 2021-ci ilin avqustunda COVID-19-un mənşəyi və COVID-19-a qarşı peyvəndlər ilə bağlı məlumatların yayılmasını dayandırdığı barədə məlumatlandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun