"Ты кто такой? Давай, до свидания" yenidən gündəmdə
21 İyun 2012 18:11
Reper Anspress-ə ideyanın meydana gəlməsi prosesindən danışıb: "Azərbaycanda meyxana əzəldən olub, sonra bədhiyyə yaratdılar. Buna Namiq Məna başçılıq edir, meyxanaya isə Mehman Əhmədli. Ehtiram və İntiqam qardaşlarının "Tı kto takoy, davay do svidaniya" meyxanası böyük rezonansa səbəb oldu və Rusiyanın məşhur repçisi Timati bu meyxananı replə sintez etdi. Onların ifasını eşitdikdən sonra qərara gəldim ki, yeni bir janrın əsasını da Azərbaycanda məhz mən qoyum. Gəncləri topladım və bu janrın adını "Repxana" qoydum. Bu yeni birlikdə digər repçilərlə yanaşı mənim dəstək olduğum Aliko adlı gənc repçi də var. Bu günlərdə "Repxana" ilə bağlı digər açıqlamalarım da olacaq və yeni üzvlər haqqında xəbər verəcəm".
Özünü "Repxana" yaradıcısı kimi görən Kamal Qarabasma "Repxana nədir?" sualını belə cavablandırıb: "Repxana"da 3-4 repçi bir yerə yığışır və xüsusi bir rep və meyxana ritmini tuturlar və onun üzərində 4-lük, və ya 8-lik bəndlər deyirlər. Amma rep deyiliş qaydaları ilə və sonuncu qafiyədə məhz bu xüsusi ritmdə tutulan qafiyəyə meyxanadakı kimi qafiyə tutulur".
Bir neçə gündən sonra "Repxana" heyətinin daha da çoxalacağını deyən Kamal QaraBasma yeni videoların çəkiləcəyini bildirir.
Milli.Az