Bu tarixdə görüşəcəklər: Kəşfiyyat hazırlığı başladı

27 İyul 2024 16:41

Suriyadakı müharibədən sonra ilk dəfə Əsədlə Ərdoğan arasında bu ilin avqustunda görüş baş tuta bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim partiyası ilə yaxın əlaqələri olan "Türkiye gazetesi" yazıb.

Bildirilir ki, Türkiyə və Suriya prezidentləri arasında görüş yaxın ayda istənilən vaxt baş tuta bilər. Qeyd olunur ki, artıq ölkələrin kəşfiyyat xidmətləri bu görüşün təşkili məsələsini həll edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun