Ermənistanın 15 pilotsuz təyyarəsi var?
25 May 2010 15:41
Milli.Az xəbər verir ki, bu haqda "Aravot" qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, 5 idarəetmə stansiyasının hərəsində 3 belə uçan aparat yerləşdirilib. Onlar kənardan idarəetmə ilə artilleriya zərbələri endirməyə qadirdir. Təyyarələrin kəşfiyyat aparmaq iqtidarında olduqları da bildirilir.
Milli.Az