“Cavanşir” körpüsünün ətrafı necə olacaq?

27 İyul 2024 13:16

Xəbər verildiyi kimi hazırda Bakı şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq quruculuq işləri  çərçivəsində Üzeyir Hacıbəyli küçəsində, "Cavanşir" yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturu yaradılır. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, həmin ərazidə nəqliyyat vasitələrinin, eləcə də piyadaların rahat hərəkəti təmin ediləcək .

Yolun tikintisinin vəziyyəti ilə tanışlıq üçün aidiyyəti qurumların mütəxəssislərinin keçirdiyi monitorinq nəticəsində həmin ərazidə xəstə və qurumuş ağacların götürülməsi,  köçürülməsi və həmçinin buradakı digər ağacların budanması prosesi həyata keçiriləcək.

Həmçinin ərazidə müəyyən edilmiş yerlərdə torpaq qatı dəyişdirilərək, yeni ağaclar və kollar əkiləcəkdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun