Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı

27 İyul 2024 12:06

Rusiyanın Vladivostok şəhərində 2 yaşlı uşaq binadan yıxılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Nikiforova küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Azyaşlı binanın 7-ci mərtəbəsindən yıxılıb.

Zərərçəkmiş sağ qalıb və çoxsaylı xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun