Sələfilərdən fətva: "Ey müsəlmanlar, pomidor xristiandır!"

21 İyun 2012 17:25
Milli.Az "Now Lebanon"a istinadən bildirir ki, "Misir Xalq İslam Birliyi" (Popular Egyptian Islamic Association) adlanan qrup Facebook sosial şəbəkəsində yaydığı fotoda pomidoru "xristian" adlandırıb: "Bunun ən böyük sübutu pomidoru kəsəndə onun içində görünənlərin xaçı xatırlatmasıdır. Pomidor Allah yerinə xaça həmd edir və Alahın bir yox, üç olduğunu iddia edir. Allah bizə yardım etsin!
 
Fələstində yaşayan bir möminə bacımızın yuxusuna Hz.Məhəmməd (s.ə.s) girib. Hz.Məhəmməd (s.ə.s) ağlayırmış. O, göz yaşları içində ümmətinə buyurub ki, müsəlmanlar pomidor yeməsinlər. Əgər yazdıqlarımızı yaymasanız - bilin ki, sizi bunu etməyə qoymayan şeytandır, İblisdir".

Foto Facebook-da yerləşdiriləndən sonra onun altında 2817-dən artıq şərh yazılıb.

Şərhlərin əksəriyyətində Hz.Məhəmmədin (s.ə.s) adından belə sarsaq iddialarda istifadə edilməsinin günah olduğu yazıldığı üçün sələfilər geri addımlar atıblar: "Biz sizə pomidor yeməyin demədik ki! Biz sizə dedik ki, pomidoru içindəki xaç şəkli görünəcək formada kəsməyin".

Sələfilərin pomidorun "xristian"lığı barədə Facebook səhifələrində yazdıqları statusa burada münasibət bildirə bilərsiniz.

Milli.Az