Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı

27 İyul 2024 10:55

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan ölkəyə ixrac edilən meyvə və tərəvəzlərdə pestisidlərin normadan 5 dəfə artıq olduğunu aşkarlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ayrı-ayrı maddələr üzrə norma 5-8 dəfə artıq olub və hazırda 16 təchizatçının ölkəyə mal ixrac etməsinə qadağa nqoyulub.

Qeyd olunur ki, pestisidlərin bu qədər normadan artıq olması məhz "Eagle Partner 2024" erməni-amerikan hərbi təlimləri ilə bağlıdır.

Xatırladaq ki, təlimlər Ermənistanda 10 gün ərzində keçirilib və həftənin ortalarında başa çatıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun