Abramoviçin keçmiş arvadı dördüncü övladını dünyaya gətirəcək

27 İyul 2024 17:37

Rusiyalı milyarder Roman Abramoviçin keçmiş həyat yoldaşı, model Daria Jukova növbəti hamiləliyi xəbərindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın həyat yoldaşı, yunan milyarder Stavros Niarxos ilə birlikdə Parisdə Olimpiadanın açılışı münasibətilə təşkil olunan şam yeməyinə qatılıb.

Qeyd edək ki, 43 yaşlı Jukova 2008-2017-ci illərdə Abramoviçlə ailəli olub. 2019-cu ildə isə Niatxosla nikaha daxil olub.

Modelin hazırda üç övladı var - Aaron Aleksandr (2009), Leya (2013) və Filip (2021).

Milli.Az