Nəqliyyat naziri Ziya Məmmədov Almaniyaya gedib
25 May 2010 15:35
Milli.Az-ın Nazirliyin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, məqsəd mayın 26-28-də Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunda iştirak etməkdir.
Beynəlxalq Forumda əsasən "Nəqliyyat və İnnovasiya: potensialın həyata keçirilməsi", eləcə də qlobal maliyyə böhranı dövründə nəqliyyat və infrastruktur layihələri müzakirə olunacaq, həmçinin tematik sərgi təşkil ediləcəkdir.
Forumda 50-dən artıq dövlətin nəqliyyat nazirləri, sənaye rəhbərləri və ekspertləri iştirak edir.
Milli.Az