Dortmund "Borussiya"sından ayrılan Mats Hummels "Bolonya"ya keçə bilər.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
A seriyası təmsilçisi 35 yaşlı müdafiəçiyə rəsmi təklif göndərib. "Hummelsin qərar verməsini gözləyirik. Ona layihəmizi təqdim etmişik" - deyə klubun baş direktoru Klaudio Fenuççi bildirib.
Qeyd edək ki, almaniyalı futbolçuya Səudiyyə Ərəbistanı klublarından təkliflər olsa da, o, Avropada çıxış etmək istədiyini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun