Şok iddia: Rusiya PUA-ları Rumıniyaya hücum etdi

26 İyul 2024 23:22

Rumıniya ordusunun Rusiyaya məxsus PUA-ları vurması ilə bağlı internetdə yayılan videolar həqiqəti əks etdirmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, son günlər Rumıniyanın Rusiya PUA-larının hədəfinə çevrildiyi və nəticədə ölkənin hava hücumundan müdafiə sistemlərinin onlara atəş açması ilə bağlı X və digər sosial şəbəkə platformalarında yalan informasiyalar yayılır.

Qeyd olunur ki, Rusiyanın hücumları Rumıniya ərazisindəki obyektlərə deyil, Ukraynanın Dunaydakı liman infrastrukturuna yönəlib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun