Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb

26 İyul 2024 20:19

Rusiyanın Su-27 təyyarəsi Böyük Britaniyanın iki "Tayfun" qırıcısı və bir kəşfiyyat təyyarəsinin Qara dənizdə Rusiya sərhədinə yaxınlaşması nəticəsində havaya qaldırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Nəticədə həmin təyyarələr geri çevrilib, sərhəd pozuntusu olmayıb", - Müdafiə Nazirliyi bildirir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun