Mirzoyan Kiprə səfər edəcək

26 İyul 2024 19:52

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyulun 29-da Kiprə işgüzar səfər edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mirzoyanın kiprli həmkarı Konstantinos Kombos, eləcə də digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun