“Mourinyoya heyranlığım yoxdur”

26 İyul 2024 17:54

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk müsahibə verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, əzəli rəqibləri olan "Fənərbağça"nın çalışdırıcısı Joze Mourinyo ilə bağlı sualları da cavablayıb. 

Belə ki, təcrübəli mütəxəssis jurnalistin "Mourinyoya heyranlığınız varmı" sualına belə cavab verib: "Həyatda heyran olduğum heç kəs yoxdur. "Beşiktaş"ın yeni baş məşqçisi Covanni van Bronxostla da superkubok oyunlarını səbirsizliklə gözləyirik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun