Keçmiş nazir barın yanında öldü

26 İyul 2024 17:27

Rusiyanın Kama vilayətinin keçmiş təbii sərvətlər naziri Konstantin Çeremuşki ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, Yekaterinburqda barın yanında ölüb.

Məlumata görə, eks-nazir oğulları ilə birlikdə müəssisədə dincəlirmiş. Birdən özünü pis hiss edib bayıra çıxaraq, skamyada oturub. Kişi orada da ölüb.

Onun 2017-ci ildən rəhbərlik etdiyi Qərbi Ural Rostexnadzor da Çeryomuşkinin ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun