Mənə sui-qəsd olsa, ABŞ bu ölkəni siləcək

26 İyul 2024 15:48

İran mənə sui-qəsd etsə, ümid edirəm, ABŞ İslam Respublikasını yer üzündən siləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp sosial media hesabında yazıb.

"Əgər onlar mənə sui-qəsd etsələr - bu, həmişə mümkündür - ümid edirəm, ABŞ İranı məhv edib, onu yer üzündən silər. Bu baş verməsə, Amerika liderləri cəsarətsiz qorxaqlar hesab olunacaqlar", - Tramp bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun