Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı

26 İyul 2024 15:07

Rusiya müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

General korrupsiya işi ilə saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib.

Qanunsuz fəaliyyətə şərait yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh olub.

2022-ci ilin sentyabrında başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun