"Barselona"nın kapitanı o olacaq

26 İyul 2024 11:44

"Barselona" yeni kapitan axtarır.

Milli.Az lent.az-a istinadən bildirir ki, Kataloniya klubunda kapitan sarğısına əsas namizəd qapıçı Mark-Andre ter Ştegendir. Ronald Araujo və Frenkie de Yonq da qısa siyahıya düşüb. Robert Levandovski və Pedri də kapitan sarğısı uğrunda mübarizə aparır.

Qeyd olunur ki, ter Ştegen əsas namizəd hesab olunur, çünki o, komandadakı statusundan əlavə almandır və həmyerlisi olan yeni məşqçinin fikirlərini futbolçulara ən yaxşı şəkildə çatdıra bilir.

"Barselona" ötən mövsümü 85 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci yerdə başa vurub. Turnirin qalibi 95 xal toplayan "Real Madrid" olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun