Rəqibi Bill Geytsin adasını aldı

21 İyun 2012 19:29
"Microsoft"un qurucusu Bill Qeytsin həyat yoldaşı Melinda Qeyts ilə evləndiyi məkanı - Lana'i adasını şirkətin ən böyük rəqibi olan "Oracle"ın təsisçisi Larri Ellison alıb. Trend-in məlumatına görə, təbiət və okean aşiqi olan Ellison adanı Devid Mardokdan aldığını bildirib.

"Forbes" jurnalında varlı insanlar siyahısında Ellison 36 milyon dollar sərvətlə 6-cı yerdə qərarlaşıb.

Lana'i adası Havay adalarının 6-cı böyük adasıdır və ərazisi 365 kvadrat kilometrdir. 3 200 adamın yaşadığı ada dünyada ən çox ananas yetişdirilən yerlərdən biri olaraq tanınır.

Qeyd edək ki, Bill Geyts həyat yoldaşı Melinda ilə 1994-cü ildə bu adada evlənib.

Milli.Az