Bakıda 63 yaşlı qadını motosiklet vurdu

26 İyul 2024 09:36

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Qaraçuxur qəsəbəsində 1961-ci il təvəllüdlü Natəvan Ələmdar qızı Hacıyevanı motosiklet vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun